“BakuBus”da insident: ata qızını döydü - VİDEO

 12:09 21.05.2025     305

“BakuBus”a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə ötən gün 17 radələrində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacağında qeydə alnınıb. Nəqliyyat vasitəsində iki sərnişin bir-birinə hücum edib.  

Redaktor.az xəbər verir ki, “BakuBus” MMC-in mətbuat katibi Əsmər Əliyev unikal.az-a açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. 

Onun sözlərinə görə,  ata və qızı arasında baş verən davaya avtobus sürücüsü və digər sərnişinlər müdaxilə edib, onları sakitləşdirməyə çalışıblar:

"İnsidentlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb və məsələ yerindəcə həll olunub", - deyə o, əlavə edib.