Piyadanı vurmaq istəməyən sürücü maşını aşırdı - VİDEO

 18:45 21.05.2025     130

Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Qala yolunda 90-MV-949 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəemədən çıxaraq aşıb.

Bildirilir ki, sürücü qarşısına qəfil çıxan piyadanı vurmamaq üçün manevr edib və nəqliyyat vasitəsi metal maneəyə çırpılaraq çevrilib.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.