Bakıya enən təyyarədə ölüm

 09:50 22.05.2025     78

Dünən Surqut-Bakı təyyarəsində halı pisləşən sərnişin vəfat edib.

Redaktor.az xəbər verir ki, Rusiya vətəndaşı Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Azərbaycan paytaxtına eniş edərkən ölüb.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.