Marketdən soyğunçuluq edən şəxs saxlanıldı

 12:42 22.05.2025     80

Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində qeydə alınıb.

Naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.

Araşdırma aparılır.