Masallıda narkotacir saxlanıldı - FOTO

 14:49 22.05.2025     77

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

2