İtkin düşən qadının meyiti TAPILDI

 18:57 22.05.2025     318

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti 13 gün sonra Göyçay rayonundan tapılıb.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Ələkbərova yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Bu gün isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları N.Ələkbərovanın meytini Yuxarı Şirvan kanalının Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində tapıb.

N.Ələkbərovanın meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən