Ata qızını maşınla vurdu

 21:30 22.05.2025     127

Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.

Redaktor.az  APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirlib.