Vəkil İrandakı səfirliyimizə hücum edənin edamı ilə bağlı DANIŞDI

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi bütün istintaq və məhkəmə prosesi boyu tam diqqətli və ciddi şəkildə araşdırılıb.
Redaktor.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycanın Tehrandakı səfirliyinə hücumla əlaqədar cinayət işində səfirliyin vəkili Höccətulla Rəcəbi deyib.
Onun sözlərinə görə, 27 yanvar 2023-cü il tarixində Tehranda Azərbaycan səfirliyinə qarşı çox təəssləndirici hadisə baş verib. İlkin dindirmə zamanı səfirliyə hücum edən Yasin Hüseynzadə etirafında hadisəni tam sağlam durumda olduğunu etiraf edib.
Rəcəbi əlavə edib ki, 28 yanvar 2024-cü ildə 1 nömrəli Tehran Cinayət Məhkəməsində müttəhimlə əlaqədar 3 cinayət üzrə ilkin qərar verildi. Bu cinayətlər qəsdən müsəlmanı qətlə yetirmək, qanunsuz şəkildə “Kalaşnikov” avtomatı və “Kolt” tapançası kimi odlu silahları almaq və saxlamaq və ictimai asayişi pozmaq idi.
Vəkil deyib ki, İranın Ali Məhkəməsində qərar cinayət işi 5 nəfərlik ekspertiza komissiyasında araşdırılıb və komissiya Yasin Hüseynzadənin hadisəni törədərkən hər hansı psixoloji durumunun olmaması və sağlam olması ilə əlaqədar qərarı təsdiqləyib. Nəticədə Ali Məhkəmənin 4 nömrəli şöbəsi 22 dekabr 2024 tarixində edam qərarını təsdiqləyib.
Rəcəbi qeyd edib ki, bu hadisə Azərbaycan dövləti və vətəndaşlarında narahatlıq yaratdığına görə, cinayət işi tam diqqətlə və həssas şəkildə araşdırılırıb. Bununla əlaqədar İranın ədliyyə qurumu vəkil üçün işləri daha asanlaşdırıb və vəkilin cinayət işi ilə əlaqədar məlumatlara çıxış əldə etməsinə və məsələni diqqətdə saxlamasına şərait yaradıb.
“Beləliklə Tehranın 27-ci Prokurorluq Məntəqəsinin 4-cü şöbəsində mərhum Orxan Əsgərovun varisləri tərəfindən yerinə yetirilməsinə qərar verilib.
İranın cinayət məcəlləsinə əsasən mərhumun yaxınları məhkumun edam olunması və yaxud hər hansı səbəblə edam olunmamasını yazılı şəkildə bildirməlidir. Bu əsasda mərhum Orxan Əsgərovun atası, anası, qardaşı, həyat yoldaşı, övladları tərəfindən Azərbaycan qanunları çərçivəsində məktub göndərilib və cinayət işinə əlavə olunub. Yekun olaraq cinayət işi 13 aprel 2025 tarixində Məhkəmə Sistemi rəhbərliyi tərəfindən icazənin verilməsi ilə icraata göndərilib”, - deyə o bildirib.
İran qanunlarına əsasən, mərhumun ailəsi ya vəkili və ya da qanuni nümayəndəsi məhkəmənin qərarı icra olunarkən iştirak etməlidir. Müəyyən səbəblərə görə, mərhumun atası Rizvan Əsgərov edam prosesində iştirak edə bilməyib. Edam qərarının icrası 25 aprel 2025 tarixinə təyin olunsa da, müxtəlif məsələlər nəzərə alınaraq təxirə salınıb. Nəhayət bu qərar bu gün İranda gün çıxmamışdan öncə (yerli vaxtla təxminən saat 05:00 radələri) icra olunub”, - deyə o əlavə edib.
