Qaxda 20 yaşlı şəxsi ilan sancıb, vəziyyəti ağır-stabildir

 15:31 23.05.2025     158

Mayın 22-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancması səbəbi ilə Qax rayonunda 2 doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır-stabildir, müsbət dinamika müşahidə olunur.