İbrahim Borçalının ailəsinə ağır itki üz verdi

Müğənni İbrahim Borçalının ailəsinə ağır itki üz verib.
Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bacısı oğlu gənc yaşda dünyasını dəyişib. Bu haqda ifaçı instaqramda canlı yayımda olarkən deyib.
“Ürəyindən... İnfarkt keçirtdi və rəhmətə getdi”,- deyə, Borçalı bildirib.
Qeyd edək ki, müğənninin oğlu Rəhim 2020-ci ildə Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.