Zaqatalada avtomobil piyadanı vurub

Zaqatalada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Redaktor.az "AZƏRTAC"a istinadla məlumat xəbər verir ki, dünən saat 20 radələrində Zaqatala şəhərində Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub. Xəsarət alan piyada Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.