İtkin düşmüş kimi axtarılan 3 nəfər tapıldı

 12:40 24.05.2025     130

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.