Goranboyda kafedə dava: İKİ NƏFƏR BIÇAQLANDI - YENİLƏNİB

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.
Redaktor.az xəbər verir ki, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
14:50
***
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır (APA).