Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı - FOTO

 16:15 24.05.2025     339

Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

64 yaşlı Hacıyev Əhliman Səlim oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Bildirilir ki, 3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır (lent.az).