Tovuzda zənciravi qəza oldu, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.
Daha sonra "VAZ 2106" markalı minik avtomobili yol kənarında dayanan "VAZ 2101"-ə, daha sonra isə avtomobil təmiri emalatxanasına çırpılıb.
Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.