Gəncədə bir nəfər BIÇAQLANDI

 15:00 25.05.2025     533

Gəncədə 27 yaşlı gənc oğlan bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır (APA). 

Vumart və Güvən reklamı Vumart Güvən