İki yüz manat qarşılığında sahibkarın 70 minlik fermasını yandırdı - Goranboyda QİSAS

Goranboy rayonu, Nadirkənd kəndində qisas məqsədi ilə yandırılan tövlədə 230 baş xırdabuynuzlu heyvan tələf olub.
Redaktor.az xəbər verir ki, bu qəddar cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər həbs edilib.
Hadisənin baş verməsinə səbəb Bəhruz və Mahir adlı tanışlar arasındakı münaibətlərin pozulması olub. Belə ki, onlar birlikdə metal yığımı ilə məşğul olublar. Sonra hər ikisi bir-birindən şübhələnməyə başlayıblar. Bəhruz Mahirin onu aldatdığını düşünərək ondan qisas almağı qərarlaşdırıb.
Bəhruz tanışı Cavid Allahverdiyevlə danışan zaman Mahirdən qisas almaq istədiyini deyib. Cavid təklif edib ki, Mahirin fermasını yandırsınlar. Bəhruz da bu təkliflə razılaşıb.
Cavid bir gün sonra tanışı Erik Vəliyevlə birlikdə fermanı benzinlə yanıdırblar. Bəhruz buna görə Cavidə 200 manat da pul verib.
İstintaqla müəyyən edilib ki, tövlənin yandırılması ilə 230 baş xırdabuynuzlu heyvan məhv olub. Tövlənin dəyəri 5000 manat olub. Ümumi dəymiş ziyan 67100 manat olaraq müəyyən edilib.
Zərərçəkmiş Mahir isə zərərin 70 min manat olduğunu bildirib. Əlavə olaraq isə 40 min manat itirilmiş zərər kimi qiymətləndirilməsini istəyib.
Bəhruz ifadəsində əməlini etiraf edib. Digər təqsirləndirilən şəxslər də özlərini təqsirli biliblər. Barələrində yüngül cəza təyin edilməsini istəyiblər.
Hökmə əsasən Cavid Allahverdiyev 5 il, Bəhruz 4 il 6 ay, Erik Vəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər (musavat.com).