Ağstafada kişi kafedə BIÇAQLANDI

 20:48 25.05.2025     159

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, insident rayonda yerləşən kafelərin birində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır, polis əməkdaşları insidentin baş verdiyi məkanda araşdırmalara başlayıb.