Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ QALDI

 13:31 26.05.2025     306

Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi 24 "B"də yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta-ağırdır.