Ağstafada şagird məktəbli yoldaşına xəsarət YETİRDİ

 16:16 26.05.2025     244

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb.

Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb:

"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət ediliblər, onlarla görüş keçirilib".

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.