Ərzurumda torpaq sürüşməsi baş verdi: 38 ev təxliyə olundu

Türkiyənin Ərzurum vilayətinin Uzundərə rayonunun Çağlayan məhəlləsində baş verən torpaq sürüşməsi nəticəsində 38 evdə ziyan qeydə alınıb və evlər ehtiyat tədbiri olaraq təxliyə olunub.
Redaktor.az xəbər verir ki, Ərzurum Valisi Mustafa Çiftçi hadisə yerində aparılan araşdırmalara rəhbərlik edib.
Mütəxəssislər tərəfindən aparılan qiymətləndirmə nəticəsində məhəllənin yollarında 1-2 metrə qədər çökmə müşahidə olunub. Sürüşmədən sonra 3 evin ağır, 35 evin isə yüngül və orta dərəcəli ziyan gördüyü müəyyən edilib.
Hadisənin baş verdiyi əraziyə giriş-çıxış təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb. Nəqliyyat axını Çağlayan məhəlləsi üzərindən təmin edilir. Ərazidə vəziyyət nəzarətdə saxlanılır və aidiyyəti qurumlar tərəfindən monitorinqlər davam etdirilir.
Kənan YUSİF