Şəhid Əsəddin Novruzov dəfn edildi - FOTO

 14:18 27.05.2025     501

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovla Mingəçevirdə keçirilən vida mərasimi başa çatıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Ə.Novruzovun nəşi Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Mingəçevir şəhəri və ətraf rayonlardan rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovun meyitinin qalıqları Mingəçevir şəhərinə gətirilib.

Şəhidin nəşi Mingəçevirdə ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Əsəddin Curu oğlu Novruzov 1939-cu il oktyabrın 15-də Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edən Ə.Novruzov 1992-ci il martın 12-də həmin kənddə itkin düşüb.

Ə.Novruzov Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

222222