Ağstafada kişini avtomobil VURDU

 09:14 28.05.2025     166

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az
APA-ya istinadla məlumat verir ki, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.