Ağdam sakini zəhərlənmədən ölüb? - Yaxınları göbələk yediyini deyir

Ağdamda 39 yaşlı kişi vəfat edib.
Redaktor.az xəbər verir ki, rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədovun səhhəti pisləşib.
M.Əsədov yaxınları tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Yaxınlarının verdiyi məlumata görə, Murad Əsədov 2-3 gün öncə göbələk yeyəndən sonra onda ağrılar başlayıb. Daha sonra görməsi pisləşib və ayaqlarında problem yaranıb.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).