Zaqatalada avtomobil körpüdən aşdı, xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 17 radələrində rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.
Qəza nəticəsində sürücü A. Şabanov və sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.