Qısqanc kişi ziyafət zamanı arvadının kəlləsini SINDIRDI

Rusiyanın Voronej vilayətində kişi mübahisə zamanı arvadını vəhşicəsinə döyüb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə mayın 17-də Pavlovski rayonunda ər-arvadın birgə ziyafəti zamanı baş verib. 48 yaşlı kişi ilə 45 yaşlı arvadı arasında qısqanclıq zəminində münaqişə yaranıb, nəticədə qadının kəllə sümüyü sınığı və çoxsaylı hematomalar əmələ gəlib.
Zərərçəkmiş baş verənləri gizlədib və həkimə müraciət etməyib. Vəziyyət yalnız mayın 22-də, qadının vəziyyətini bilən anası təcili yardım çağırdıqdan sonra məlum olub.
Hadisə ilə bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Şübhəlini 8 ilə qədər həbs gözləyir. Hadisənin digər təfərrüatları və şəraiti müəyyənləşdirilir.
Turan İSMAYIL