Cəlilabadda kişi qətlə YETİRİLDİ

 23:21 29.05.2025     172

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.