Lənkəranda ahıl kişi qətlə YETİRİLDİ

 09:00 30.05.2025     246

Lənkəranda qətl hadisəsi törədilib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.

V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən