Əmisinin ölümündə şübhəli bilinən şəxs ölkəni tərk edərkən SAXLANILDI

 10:52 30.05.2025     267

Lənkəranda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Redaktor.az APA-ya istinadla cəbnər verir ki, Lənkəran rayonunun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

O, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir.

Qeyd edək ki, Vəliağa Səbziyevin Elşən Hüseynzadənin əmisi olduğu bildirilib.