Goranboyda qəza: XƏSARƏT ALANLAR VAR

 12:56 30.05.2025     369

Goranboy rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” ilə “VAZ-21011” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA).