"Vaqa" ev dustaqlığına BURAXILDI

 15:00 30.05.2025     215

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin apellyasiya şikayətinə baxılıb.

Redaktor.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.

Məhkəmənin qərarı ilə Vüqar Zeynalzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, tiktoker polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.