Hamamın qapısını açdıqda bacısı qızı ilə birlikdə... - Cəlilabaddakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

 15:17 30.05.2025     281

Cəlilabad şəhərində münaqişə zəminində baş vermiş bıçaqlanma hadisəsi insan ölümü ilə nəticələnib. Hadisə mayın 29-u axşam saatlarında şəhər ərazisində, rayonun Səttərxan küçəsində qeydə alınıb.

Redaktor.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. 
 

Yaxınlarının bildirdiyinə görə, Bəhruz Hüseynov axşam saatlarında işdən evə qayıtdıqdan sonra hamam otağından gələn səsləri eşidib.

Evdə bacısının qızının da olması səbəbilə vəziyyətdən şübhələnməyən Bəhruz hamamın qapısını açdıqda orada bacısı qızı ilə birlikdə yad bir şəxsi – Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.

Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov üzərində gəzdirdiyi bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə bir zərbə endirib. İkinci zərbənin qarşısını mərhumun həyat yoldaşı alıb. Hadisədən sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.

Mərhumun həyat yoldaşının verdiyi məlumata görə, hadisə qəfil baş verib və hər şey cəmi bir neçə dəqiqə ərzində başa çatıb. Onun sözlərinə görə, həyat yoldaşı hücuma məruz qaldıqda müdaxilə etməyə çalışıb və ikinci bıçaq zərbəsinin qarşısını ala bilib, lakin artıq çox gec olub.


Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov hüquq-mühafizə orqanlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mərhum Bəhruz Hüseynov avtomobil ustası kimi fəaliyyət göstərirdi, ailəli idi və iki övladı vardı. O, doğulduğu rayonda dəfn olunub (bizim.media.az).