Dönərçi icarəyə götürdüyü avtomobillə avtobusun altına girdi - VİDEO

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, Svetlana Məmmədova küçəsində “Hyundai Elantra” markalı avtomobil yol kənarında park edilmiş avtobusa çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi avtobusun altına daxil olub.
Əraziyə xilasedicilər cəlb edilib.
Sürücünün xəsarət aldığı bildirilib.
Araşdırma aparılır.
***
Baku TV-nin məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü həlak olub.
Belə ki, vəfat edən 24 yaşlı Mirqafar evin tək övladı olub. O elə həmin ərazidəki obyektlərdən birində dönərçi köməkçisi olaraq çalışırmış. Avtomobili də icarəyə götürübmüş. Bu səhər işə gedərkən isə qəza baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzadan sonra avtomobil yanmağa başlayıb. Onlar nə qədər çalışsalar da, gənc sürücünü maşından çıxara bilməyiblər.
Daha ətraflı videomaterialda: