Goranboyda qardaş bacısını bıçaqladı - YENİLƏNİB

Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
09:00
***
Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfovdur.
Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır (Report).