Biləcəridə küçə itləri "at oynadır": AZYAŞLINI DİŞLƏDİ

 09:45 31.05.2025     187

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində küçə itlərinin sayı sürətlə artaraq əhali üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Redaktor.az xəbər verir ki, baku.ws-in "qaynar xətti"nə müraciət edən Natiq Həşimi 7 küçəsinin sakinlərin sözlərinə görə, bu itlər xüsusilə keçmiş hərbi hissənin yerləşdiyi ərazidə toplaşır və axşam saatlarında daha aqressiv olurlar.

Ərazidə yaşayanların bildirdiyinə görə, ötən gün azyaşlı uşaq küçə itlərinin hücumuna məruz qalıb və ayağından dişlənib. Hadisə yerinə gələn qonşuların müdaxiləsi ilə azyaşlı xilas olunub. 

Sakinlər uzun müddətdir bu problemə diqqət çəkdiklərini və aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Lakin konkret tədbirlər görülmədiyindən vəziyyət getdikcə daha da pisləşir.