Beşinci övladı ölü doğuldu - yaxınları həkimləri günahlandırır - VİDEO

 11:10 31.05.2025     225

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb.

Redaktor.az xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə Bayramova mayın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə ağrıları ilə bağlı müraciət edib. Yaxınlarının bildirdiklərinə görə, həkimlər ona qorxulu bir şey olmadığını deyiblər. O, evə aparılıb. 

Ötən gün isə qadının halı qəfildən pisləşib və yenidən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırılıb. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüblər. Sonra həkim-cərrah qadının yaxınlarına bildirib ki, uşaq tələf olub.  

Qadının yaxınlarının sözlərinə görə, hadisəyə səbəb axşam növbətçi həkimin olmamasıdır:

“Daha öncə 4 övladı olub. Bütün hamiləlikləri tam normal keçib. Uşaqlar da sağlam dünyaya gəliblər. Nəyə görə beşinci uşaq belə olur? Burada ancaq həkim səhlənkarlığı olub”. 

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Pasiyentə stasionar yatış tövsiyə edilsə də, o imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb. Daha sonra ötən gün saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirib və hamilə təcili əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib. Pasiyent əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir. 

Daha ətraflı videomaterialda: