“Vaz”la motosiklet toqquşdu - ÖLƏN VAR

 11:20 31.05.2025     173

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub.

Redaktor.az xəbər verir ki,  hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır (Qafqazinfo).