Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

Goranboyda iki gün əvvəl minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.
***
31 may
14:13
Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Redaktor.az APA-ya istinadla məlumat verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayonun sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya aparılıb. Məlumata görə Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.