Goranboyda minaya düşən VAR

 14:13 31.05.2025     536

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Redaktor.az APA-ya istinadla məlumat verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında Baranbat meşəsi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayonun sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya aparılıb. Məlumata görə Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.

Faktla bağlı araşdırma aparılır.