Ucarda qəza oldu, yaralılar var

 11:22 01.06.2025     277

Ucarda qəza olub, xəsarət alanlar var.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan " Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, 1977- ci il təvəllüdlü Səyyub Rəşid oğlu Allahverdiyev, 1967- ci il təvəllüdlü Aygün İdris qızı Məmmədova, 1964-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Məmmədov, 1988-cü il təvəllüdlü Fərəhxanım Vüqar qızı Hüseynova və 1983-cü il təvəllüdlü Tural Mahir oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri nisbətən ağır olan S. Allahverdiyev və T. Hüseynov Göyçay xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən