Masallıda qəza baş verdi, yaralı var - YENİLƏNİB

Masallıda baş vermiş qəzada xəsarət alanların kimliyi və son vəziyyətləri məlum olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alanlar Elşən Nazim oğlu Əliyev (bədənin müxtəlif nahiyələrində xəsarətlər) və İntiqam Bəxtiyar oğlu Sərdarlı (boynun küt travması) Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Hazırda həmin şəxslərin müalicəsi xəstəxanada davam etdirilir.
***
Ələt-Astara magistralında yol qəzası olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Masallı rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.
Aztonnajlı yük avtomobili hərəkətsiz vəziyyətdə dayanan minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan bir nəfər ağır xəsarət alıb.
Dərhal əraziyə təcili tibbi yardım briqadası və yol patrul xidməti cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.