Xalq olaraq idmanda ən böyük məyusluğu futbol oyunlarında yaşayırdıq

 09:46 02.06.2025     148

Öz uşaqlarımız əzmin, davamlı çalışmanın və düzgün idarəçiliyin nəticəsi olaraq Dünya Çempionluğunu qazandı

Xalq olaraq idmanda ən böyük məyusluğu futbol oyunlarında yaşayırdıq. Davamlı qələbələrə ac idik. Nəhayət, üç il əvvəl Azərbaycan Minifutbol komandamız Avropa Çempionu oldu və hamımıza böyük sevinc yaşatdı. Bu gün isə onların sayəsində dünya çempionu olduq.

Məlumat üçün deyim ki, Azərbaycan Minifutbol Federasiyası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri cənab Orxan Məmmədov tərəfindən təsis edilib. Mübaliğəsiz olaraq, tam əminlinliklə deyə bilərəm ki, Avropa Çempionluğundan sonra da onun davamlı dəstəyi və futbol idarəçiliyi sahəsində peşəkar rəhbərliyi bu uğurun əsas təməlini təşkil etdi. Komandamızın oyunçuları və məşqçilər heyəti də bu möhtəşəm uğur üçün əzmlə, fədakarlıqla çalışdı və dünya səhnəsində Azərbaycan adını ucaltdı. Ən əsası isə kimsəni millliləşdirilmədən bunu Qubadlıdan, Sumqayıtdan, Bakıdan olan öz uşaqlarımız etdi.

Dünya Çempionluğun mübarək olsun, Azərbaycan!

Eldəniz Əmirov,

iqtisadçı