Əlil qadını öldürüb, meşədə basdırdı - 2 il sonra üstü açılan dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO

Xaçmazda iki il əvvəl baş verən dəhşətli qətlin üstü açılıb.
Şəhər sakini, 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyul ayının 18-də itkin düşmüşdü. İki il aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, qadın rayonun Əzizli kəndi ərazisindəki meşə massivində qətlə yetirilib və elə orada da basdırılıb.
Redaktor.az xəbər verir ki, Gülxar Cahangirovanın bacısı Gülçöhrə Muradova deyib ki, qətl hadisəsini Xaçmaz şəhər sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən Xəqani Vaqif oğlu Rəhmətov törədib (bizim.media).