Astarada dənizdə boğulan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

 19:05 02.06.2025     311

Astarada dənizdə boğulan şəxsin kimliyi məlum olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, ölən şəxsin Lerik rayon Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarov olduğu müəyyənləşib.

Birinci kurs tələbəsi olan T.Qafarov "Maliyyə İşi" ixtisası üzrə təhsil alırmış.

***

Astarada tələbə nəzarətsiz ərazidə çimərkən boğulub.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, boğulan şəxs Lerik rayon sakinidir.

Astara Humanitar kollecinin tələbəsi "Azriba" deyilən çimərlikdə boğularaq ölüb. Boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.