Mingəçevirdə iki məktəblini maşın vurdu - FOTO

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub.
Redaktor.az xəbər verir ki, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.
Faktla bağlı araşdırma aparılır (qafqazinfo).
