Şagird məktəbin 3-cü mərtəbəsindən YIXILDI - YENİLƏNİB

 15:25 03.06.2025     453

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yeniyetmə qız məktəbdə yıxılaraq xəsarət alıb. 

Redaktor.az xəbər verir ki, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) iyunun 2-si saat 12:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Qapalı fəqərə onurğa beynin travması, L1-fəqərəsinin fəsadlaşmamış sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

14:27

***

Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhəri ərazisində yerləşən 5 saylı tam orta məktəbdə baş verib.

Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z. Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Z. Şıxıyevanın vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı araşdırma aparılır.