Paytaxtda piyadavurma ilə nəticələnən dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ

 16:25 03.06.2025     211

Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında baş verən qəzaların əsas səbəblərindən biri də nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsinin düzgün saxlanılmamasıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, daha çox Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində, Buzovna-Mərdəkan-Qala və digər yollarda belə hallara tez-tez rast gəlinir:

"Xüsusən də nəqliyyat sıxlığının olduğu vaxtlarda, texniki nasaz avtomobilin yolda qaldığı hallarda arxa istiqamətdən gələn bəzi sürücülər ara məsafəsini düzgün seçmədikləri üçün nəqliyyat vasitəsini vaxtında dayandıra bilmirlər və qəza qaçılmaz olur".