Şamaxıda avtomobillər toqquşdu, xəsarət alanlar var

 23:24 03.06.2025     236

Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Redaktor.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Çarhan kəndində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.