Bakıda qonşular arasında dava - iki qardaş BIÇAQLANDI

 10:25 04.06.2025     206

Bakıda iki qardaş qonşusu tərəfindən bıçaqlanıb.

Redaktor.az oxu.az-a istinadla hadisə Binəqədi rayonu, 28 may qəsəbəsində baş verib. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Amil Qorxmaz oğlu Tağıvev 1987-ci il təvəllüdlü Şahin Samil oğlu Mehtiyev və onun qardaşı 1986-cı il təvəllüdlü Tofiq Şamil oğlu Mehtiyevi bıçaqlayıb.

Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni törədən A.Tağıyev saxlanılıb.

Hadisənin şəxsi münaqişə nəticəsində baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən