Ana-ata və iki övladının öldüyü evdən FOTOLAR

Xəbər verdiyimiz kimi, Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub və bir ailənin 4 üzvü yanaraq həlak olub.
Redaktor.az güclü yanğın nəticəsində 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, onun 2002-ci il təvəllüdlü həyat yoldaşı Safalı Qorxmaz qızı İmanova, övladları - 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmansoy və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoy ölüb.
Hadisə zamanı onlarda qonaq olan T. İmanovun anası 69 yaşlı Bahar Niyaz qızı İmanova və 42 yaşlı qardaşı Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb (Qafqazinfo).